Tərtər rayonunda əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən başlayan əhalinin tibbi müayinədə keçirilməsi rayonumuzda uğurla davam etdirilir.
Sakinlər mərkəzi rayon xəstəxanasında, Azad Qaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında, həmçinin kəndlərdəki həkim məntəqələrində müayinə olunurlar. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət 5 həkim briqadası tərəfindən fevralın 17-dən indiyədək 12552 sakin tibbi müayinədən keçirilmişdir. Rayon sakinləri ilə yanaşı rayonumuzda məskunlaşmış qaçqın və məcburi köçkün ailələri də tibbi müayinələrə cəlb olunmuşdur.
Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması məqsədilə pulsuz tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq rayon sakinləri tərəfindən yüksək razılıqla qarşılanmışdır.