Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə cənab İlham Əliyevin “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” çağırışına dəstək olaraq ehtiyacı olan ailələrə ərzaq yardımları təqdim olunub

18 aprel 2020 | 16:00

Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına, eləcə də Tərtər Rayon İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan əslən rayonumuzdan olan, hazırda Ukrayna Respublikasında yaşayan iş adamı Orucov Muxtar Əbdüləli oğlu öz vəsaiti hesabına rayonda yaşayan 360 aztəminatlı ailəyə maddi yardım göndərmişdir.

Yeni Azərbaycan Partiyası rayon təşkilatı Gənclər Birliyinin fəalları və könüllülərinin yaxından köməkliyi ilə ayrı-ayrı ünvanlarda yaşayan aztəminatlı, tənha, yaşlı insanlara ərzaq bağlamaları paylanmışdır. Həmçinin onların koronavirusdan qorunması, sağlamlığının müdafiəsi məqsədilə maarifləndirici söhbətlər aparılmışdır.

Bu günədək Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər Rayon Təşkilatının təşkilatçılığı, ayrı-ayrı sahibkarların və iş adamlarının dəstəyi ilə ümumilikdə 1354 nəfər olmaqla, 1254 nəfərdən çox aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha ahıl və kimsəsiz insanlara ərzaq yardımı, 130-dan çox ailəyə isə gigiyenik vasitələr paylanmışdır. Bu istiqamətdə işlər davam etdirilir.

Keçidlər