Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda 10 cəbhəyanı kəndi birləşdirən yol yenidən qurulur

12 aprel 2020 | 16:00

Cəbhəyanı kəndlərin sosial problemlərinin həlli istiqamətində dövlət başçısının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata keçirilir. Avtomobil yolarının yenidən qurulması dövlət siyasətinin əsas prioriteti hesab olunur. Məhz bunun nəticəsidir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yolların əsaslı şəkildə yenidən qurulması davam etdirilir.

Rayonun 10 cəbhəyanı kəndini birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətdə dövlət başçısının tapşırıq və sərəncamına əsasən, yenidən qurulması işlərinə start verilib, uzunluğu 33.5 km olan yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yolunun artıq 7,7 km hissəsinə ikiqat asfalt örtüyü qoyulub, qalan hissəsində isə asfalt örtüyü qoyulmasına hazırlıq işləri aparılır.

Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud borular yeniləri ilə əvəz olunub, zəruri yerlərdə yeniləri inşa edilib. Layihənin sonuncu mərhələsində yolboyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək.

Rayon rəhbəri Müstəqim Məmmədov aparılan işlərlə yerində tanış olmuş, yol işçilərinə və yol üzərində yerləşən komunikasiya xətlərinin qaydaya salınması üçün aidiyyəti qurumların rəhbərlərinə  öz tövsiyyə və tapşırıqlarını vermişdir.

 

Keçidlər