Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər Ulu Öndərin həyat və fəaliyyətini dərindən öyrənirlər

20 fevral 2014 | 16:00

     Xalqımızın umummilli lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsi məqsədi ilə rayonun umumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərslər keçirilir.

    “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Umummili lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusunda dərsləri məktəblilərə təcrübəli müəllimlər tədris edir. Dərslərdə umummilli liderin həyat və fəaliyyətinin müxtəlif  aspektləri geniş təhlil edilir. Şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verilir.

    Fevral ayının 20-də şəhər 1 saylı tam orta məktəbin rus bölməsinin XI sinif şagirdləri dərslərdə iştirak etmişlər. Muhazirəçi müəllim Elçin Məhərrəmov onbirincilərə “Müstəqilliyin ilk illərində ölkədəki ictimai-siyasi vəziyyət” haqqında geniş məlumat vermişdir. Tədris prosesində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyəti kimi qiymətləndirilmişdir.

      Dərslər növbəti günlərdə də davam etdiriləcək.
 

Keçidlər