Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatının kollektivi Azərbaycan Prezidentinin xeyirxah təşəbbüsünə qoşulub

25 mart 2020 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulublar.

Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları biraylıq vəzifə maaşları həcmində pul məbləğini (20 min manat) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Keçidlər