Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri “Yel çərşənbəsi”ni düşmənlə bir addımlıqda yerləşən Qapanlı kəndinin sakinləri ilə birlikdə qeyd etdi

11 mart 2020 | 16:00

Tərtər rayonunun düşmənlə bir addımlıqda yerləşən Qapanlı kəndinin sakinləri “Yel çərşənbəsi”ni yüksək əhval-ruhiyyə ilə qeyd etdilər.

Düşmənlə üz-üzə mərdliklə dayanan kəndin mərkəzində qalanan Novruz tonqalı ətrafında əsl bayram coşqusu yaşanıb. Uşaqlar tonqalın ətrafında dövrə vuraraq rəqs edib, yumurta döyüşdürüblər.

Kənd sakinlərinin bayram şənliyinə qatılan Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov sakinlər ilə birlikdə bayram tonqalını alovlandırıb. Onlara can sağlığı, əmin-amanlıq, süfrələrinə bol ruzi-bərəkət, hər bir ailəyə sevinc və səadət dolu günlər arzulayıb. Kənd sakinlərinin problemləri ilə də maraqlanan rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı bölgələrdə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışıb. Vurğulayıb ki, inşallah gələn bayramlarımızı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edəcəyik.

Qeyd edək ki, eyni vaxta rayonun bütün təmas xəttinə yaxın yerləşən kəndlərində, düşmənimizin gözü qarşısında bayram tonqalları alovlandırılıb.

Kənd sakinləri əhaliyə göstərilən qayğıya və 10 kəndi birləşdirən Səhləbad-Əskipara- Qaraağacı- Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli kəndlərarası avtomobil yolunun çəkilişi ilə bağlı Respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər