Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Azad Qaraqoyunlu kəndində sakinlərlə görüşüb

06 mart 2020 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azad Qaraqoyunlu kəndində sakinlərlə görüşüb.

Görüş zamanı rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı bölgələrdə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışıb.

Sonra rayon rəhbəri kənd sakinlərinin problemləri ilə maraqlanıb. Onlar Azad Qaraqoyunlu kəndində yeni məktəbin tikilməsinə, yola yeni asfalt örtüyünün salınmasına, elektrik təsərrüfatının yenidən qurulmasına, içməli və təsərrüfat sahələrinin suvarılması üçün yeni subartezian quyularının qazılmasına, su arxlarının təmizlənməsinə ehtiyac olduğunu bildiriblər. Rayon rəhbəri vətəndaşlara məktəb və yol tikintisinin “2019-2023-cü illərdə Azərbaycan Respublikasının Regionların sosial-iqtisadi inkşafına dair Dövlət Proqramı” na salındığını, “Azərsu” ASC tərəfindən içməli su layihəsinin hazırlandığını, son beş ildə kənddə 7 subartezian quyusunun qazıldığını  bildirib, su arxlarının lildən təmizlənməsi üçün aidiyyatı üzrə tapşırıq verib, dərhal su arxlarının təmizlənməsi işlərinə başlanılıb.

Sakinlər səmimi görüşdən razı qaldıqlarını bildirərək, respublika rəhbərinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər