Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 87 yaşlı Nubar Mədətli ilə görüşdü

06 mart 2020 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 8 mart Beynəlxalq Qadınlar günü ərəfəsində rayonun Azad Qaraqoyunlu kəndində yaşayan 87 yaşlı ziyalı, tədqiqatçı, folklorşünas, şairə-publisist, uzun illər rayon qəzetinin ştatdankənar müxbiri, “Aşıq Pəri” məclisinin üzvü kimi səmərəli fəaliyyət göstərən Nubar Mədətlinin evində olub, onu 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik edib.

Rayon rəhbəri qeyd edib ki, insanı cəmiyyətdə ucaldan, nüfuz sahibi edən onun vətənpərvərliyi və zəhmətsevərliyidir. Bu baxımdan Nubar Mədətli qibtə olunası insanlardan biridir. O, gənclik enerjisi ilə çalışaraq vətəninə, xalqına, rayonuna, doğma kəndinə gərəkli olan bir insan kimi tanınıb. Topladığı folklor nümunələri, şeirləri və publisist yazıları oxucular tərəfindən maraqla qarşılanır.

Ağbirçək müəllim ömrünün bir hissəsini yaşadığı Azad Qaraqoyunlu kəndində Azərbaycanın Milli Qəhrəman Elman Hüseynovun muzeyinin yaradılmasına həsr edib, həmçinin burada xeyli miqdarda qədim əşyaların toplanmasına nail olub. Rayonumuzda tarix-diyarşünaslıq muzeyi tikiləndə isə həmin müzeyin eksponatlarının hamısını muzeyə hədiyyə edib.

Qocaman müəllim, el ağbirçəyi Nubar Mədətli bildirib ki, son illər ölkə başçısı İlham Əliyevin tapşırıqları əsasında Tərtər rayonunda görülən işləri əhali, o cümlədən rayonun yaşlı sakinləri böyük rəğbətlə qarşılayırlar. İndi Tərtərin təkcə rayon mərkəzi deyil, kəndləri də günbəgün gözəlləşir. Əhalinin istirahəti üçün lazımi şərait yaradılıb. Evlərə mavi yanacaq çəkilib, fasiləsiz elektrik enerjisi verilib, yeni subartezian quyuları qazılıb, kəndarası yollar asfaltlanıb.

Vaxtilə çox əziyyət çəkmiş yaşlı nəslin nümayəndələri bugünkü güzəranlarına görə ölkə başçısından və rayon rəhbərindən razılıq edirlər.

O, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlığını bildirib.

Keçidlər