Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda əhali tibbi müayinədən həvəslə keçir

20 fevral 2014 | 16:00

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən başlayaraq respublikanın hər yerində olduğu kimi, rayonumuzdada əhalinin tibbi müayinəsinə başlanılmışdır. Bununla əlaqədar rayon icra hakimiyyətində komissiya yaradılmışdır. Əhalinin tibbi müayinədən keçirilməsi ərazilər və kollektivlər nəzərə alınmaqla xüsusi qrafik əsasında həyata keçirilir. Müayinə ilk günündən etibarən qrafikə uyğun olaraq Tərtər Mərkəzi Rayon Xəstəxanasında, həmçinin yerlərdəki tibb müəssisələrində rayonun idarə, müəssisə və təşkilatlarının işçiləri, o cümlədən əhali kütləvi şəkildə tibbi müayinədən keçirilir. Vətəndaşlar yüksək səviyyədə təşkil olunan və mayın 1-dək davam edəcək pulsuz müayinəyə görə ölkə başçısına minnətdarlıqlarını bildirirlər.

Keçidlər