Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonu ərazisində növbəti monitorinq keçirilib

06 fevral 2020 | 16:00

Fevralın 6-da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisində qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.

Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Martin Şuster Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.

Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və səhra köməkçiləri ətraflı məlumat üçün təşəkkür ediblər.

Monitroinq insidentsiz başa çatıb.

Keçidlər