Şriftin ölçüsü :

Saytın rəngi :

Köçərli kəndində icra başçısının səyyar qəbul-görüşü oldu

13 dekabr 2019 | 16:00

Görüşdə  rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri  iştirak etdilər.

Əvvəlcə rayon rəhbəri 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə böyük sosial addımlar atıldığını, keçirilən islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin xüsusilə, aztəminatlı və sağlamlıq imkanları məhdud insanların rifahı yaxşılaşdığını qeyd etdi.

Rayon rəhbəri şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Qeyd olundu ki, möhtərəm Prezidentimiz islahatların bundan sonra da davam edəcəyini bildirib. Keçirilən islahatları cəmiyyət böyük rəğbətlə qarşılayır. Çünki islahatların əsas məqsədi ölkəmizin beynalxalq aləmdə mövqeyinin getdikcə möhkəmləndirilməsinə, eyni zamanda əhalinin həyat tərzinin daha da yaxşılaşdırılmasına istiqamətləndirilib. İslahatlar bir çox sahələri əhatə edir. Yeni Azərbaycan Partiyası siyasi Şurasının Milli Məclisin buraxılması təşəbbüsü də bu islahatların məntiqi davamıdır.

Sonra icra başçısı son beş ildə rayonda tikinti abadlıq işlərinin geniş vüsət aldığını, yeni yollar çəkildiyini, körpülər tikildiyini, yeni inzibati binalar, körpələr evi-uşaq bağçaları istifadəyə verildiyini qeyd edib. Bildirilib ki, indi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon şöbəsinin yeni inzibati binası var, rayonda pambıq emalı zavodu, xalçaçılıq sexi fəaliyyət göstərir.

Hazırda şəhərdə ayrılmış 4 hektar ərazidə möhtəşəm Olimpiya İdman Kompleksinin tikintisi başa çatıb. Olimpiya İdman Kompleksində mini futbol meydançası, üzgüçülük hovuzu, əl oyunları, boks, taekvando, güləş üçün zallar, otel fəaliyyət göstərəcək.

Şəhərin girişində Dövlət Bayrağı Meydanında isə Dövlər Rəmzləri Muzeyinin tikintisi başa çatıb. Burada sərgi zalı ilə yanaşı inzibati və yardımçı otaqlar da olacaq.

İcra başçısı 115 inzibati  binanın dam örtüyünün dəyişdirildiyini, binaların giriş və fasad hissələrinin təmir olunduğunu, 5 nümunəvi məhəllə salındığını, şəhərin Qaçay Mehdiyev, Teymur Rəhimov, Vəzir Orucov, Mehdi Hüseynzadə küçələrində asfalt salındığını bildirmiş, hazırda Bəsti Bağırova küçəsində abadlıq işləri, asfaltlanma aparıldığını qeyd etmişdir.

Rayon rəhbəri 2020-ci ildə rayonun Köçərli, Azad Qaraqoyunlu kəndlərinə də içməli su xətti çəkiləcəyini, kəhrizlərin də bərpa olunacağını vurğulamışdır. Qeyd olunmuşdur ki, bütün görülən işlərin mərkəzində insan amili, onun maddi rifah halının yaxşılaşdırılması durur.

Sonra Köçərli kənd İƏD nümayəndə Mübariz Yunusov kənd haqqında məlumat verdi. İcra nümayəndəsi bildirdi ki, Köçərli kəndinin 420 təsərrüfatı,1281 hektar ərazisi var. Kənddə 1757 nəfər əhali yaşayır. Ərazidə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 7 ticarət, 8 iaşə, 2 məişət obyekti, 1 ATS fəaliyyət göstərir.

Bu il Köçərli kəndinin sakinləri 24 hektar buğda, 277 hektar pambıq, 115 hektar arpa, 162 hektar yonca, 9 hektar çuğundur, 94,5 hektar tərəvəz  əkiblər. Hər hektardan 40,1 sentner taxıl,  42,2 sentner pambıq, 31,5 sentner arpa, 250 sentner çuğundur götürüblər.

İcra nümayəndəsi kəndin fasiləsiz işıq, qaz ilə təmin olunduğunu, su arxlarının 3500 metrinin lildən təmizləndiyini, 1500 metr kəndarası yolun təmir olunduğunu, ərazidə 400 ədəd ağac əkildiyini, 1 ədəd yeni transformator quraşdırıldığını bildirmişdir.

Sonra sakinlərin müraciətləri dinlənildi.

Saməddin Hacıyev, Rəna Əsgərova, Bayram Məmmədov, Elçin Zeynalov, Müşgünaz Qəmbərova, Ziyəddin Nəcəfov, Abbas Əliyev, Əkbər Hacıyev çxış edərək kəndin baş yolunun asfaltlanmasına, elektrik təsərrüfatının yenidən qurulmasına, kəndə içməli su çəkilməsinə, 1 ədəd yeni artezian quyusunun qazılmasına, əkin sahələrinin relyefinin düzəldilməsi üçün müvafiq texnikaya, təqaüdçülər üçün rayon mərkəzinə getmək çətin olduğuna görə 1 ədəd bankomata ehtiyac olduğunu bildirdilər.

Edilən müraciətlərin həll ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.

Vətəndaşlar əhaliyyə göstərilən diqqət və qayğıya görə Respublika Prezdentinə öz minnətdarlıqlarını bildirdilər.

Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

Keçidlər