Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ilə birliktə “Marağa-150” abidəsində olublar.

23 noyabr 2019 | 16:00

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ilə birlikdə “Marağa-150” abidəsində olublar. Rayon rəhbəri məlumat verib ki, ermənilər bu abidəni 1978-ci ildə İran Marağasından Azərbaycana köçürülmələrinin 150 illiyi münasibəti ilə öz əlləri ilə tikiblər.

Qarabağ hadisələrində bu abidənin onları ifşa etdiklərini görüb dağıdıblar.Hal-hazırda ərazidə abidənin qalıqları respublika prezidenti möhtərəm cənab İlham Əliyevin göstərişi ilə qorunur ətrafında abadlıq işləri aparılıb, abidənin əvvəlki görkəminin şəkilləri və məlumatları sərgilənib.

Rayon rəhbəri Təhsil nazirinin müavini ilə həmin ərazidə Aprel döyüşləri şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün onların hər birinin xatirəsinə bir ağac əkilmiş ərazidə olub, xatirə lövhələrinə baxıblar.

Sonra onlar N saylı hərbi hissənin müşahidə postunda olub, düşmən tərəfi müşahidə edib, zabit və əsgərlərlə görüşərək, onlara yaradılan şəraitlə tanış olublar.

Keçidlər