Tərtərdə bölgələrin təhsil şöbə müdirlərinin hesabatı dinlənilib
21 noyabr 2019 | 16:00
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının inzibati binasında Mingəçevir şəhər, Tərtər, Bərdə, Yevlax rayon Təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
Tədbirdən öncə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva və bölgələrin təhsil şöbələrinin müdirləri Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.