Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayon İcra Hakimiyyəti başçısının Cəmilli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.

26 yanvar 2014 | 16:00

       25 yanvar 2014-cü il tarixdə Tərtər rayonunun Cəmilli kənd İƏD-i üzrə nümayəndəliyində 2013-cü il ərzində görülmüş işlər və 2014-cü ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.

      Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Rüfət Əliyev, rayon İcra Hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərov, kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

      Hesabat yığıncağında 105 nəfər iştirak etmişdir.

      Yığıncaqda Cəmilli kənd İƏD-i üzrə nümayəndə Mənaf Məmmədovun hesabatı dinlənilmiş. Sonra hesabat məruzəsi ətrafında çıxışlar olmuşdur. Çıxış edən Cəmilli kənd tam orta məktəbin direktoru Famil Məmmədov məktəbin əsaslı təmir olunması, Balakəngərli kənd ümumi orta məktəbin direktoru Rəşid Şahbazov köhnə məktəb binasında körpələr evi-uşaq bağçasının açılması, kənd ağsaqqalları Yadigar Məmmədov köhnə elektirik xətlərinin yenisi ilə əvəz olunması, İsgəndər İsgəndərov kəndə qaz çəkilişinin sürətləndirilməsi, Qarabağ müharibəsi əlili İlham Məmmədov tərəfindən Qarabağ müharibəsində iştirakına görə təltif olunması təkliflərini irəli sürmüşlər.

     Yığıncaqda irəli sürülən təkliflərin icrası ilə bağlı müvafiq tapşırıqlar verilmiş, icrası nəzarətə götürülmüşdür.
 

Keçidlər