Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə yeni inşa edilən Olimpiya İdman Kompleksində son tamamlama işləri görülür

08 noyabr 2019 | 16:00

Noyabrın 8-də Gənclər və İdman naziri Azad Rəhimov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərdə yeni inşa edilən Olimpiya İdman Kompleksində son tamamlama işləri ilə tanış olublar.

Qeyd edək ki, dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 792 kvadratmetrdir. Kompleksdə idmanın müxtəlif növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgücülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu inşa edilir. Burada, həmçinin mehmanxana, konfrans zalı, restoran, qış və yay kafeləri, mətbəx, həkim otaqları, inzibati kabinetlər, tamaşaçılar üçün sanitar qovşaqlar, digər texniki və köməkçi otaqlar olacaqdır. Fiziki imkanları məhdud tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün zəruri şəraitin yaradılması planlaşdırılıb. İdman qurğusunun ərazisində min tamaşaçı yerlik stadion, mini futbol, voleybol və basketbol meydançaları, transformator, qazanxana, nasosxana, hər biri 400 kubmetrlik içməli və yanğın su anbarları, avtodayanacaq, nəzarət-buraxılış məntəqəsi də fəaliyyət göstərəcək.
 

 

Keçidlər