Tərtər rayonunda “Qanlı 20 yanvar” faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi
Yanvarın 20-də rayonun şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə açan RİH Başçısının I müavini Ramiz Şabanov çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqı 20 yanvar gününü yalnız hüzün və matəm günü olaraq qeyd etmir. 20 yanvar gecəsi baş verən faciə, eyni zamanda millətimizin tarixinə azadlıq savaşı kimi daxil oldu. Həmin günü illərdən bəri azad yaşamaq eşqi ilə yanan oğul və qızlarımız öz canlarını qurban etdilər, şəhidlik zirvəsinə ucaldılar. 20 yanvar günü Azərbaycan xalqının hüzün günü olmaqla yanaşı həm də şərəf günüdür.
Tədbirin sonunda rayon mədəniyyət və turizm şöbəsinin özfəaliyyət kollektivi şəhidlərə həsr olunmuş kompozisiya nümayiş etdirdilər .
Tədbir iştirakçıların şəhidlərin abidələri önünə gül-çiçək dəstələri qoymaqla yekunlaşdı.