Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Qapanlı kəndində oldu

01 noyabr 2019 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü təmas xəttində yerləşən Qaraağacı kənd İƏD üzrə nümayəndəliyinin  Qapanlı kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.

Əvvəlcə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirdi ki, Qapanlı kəndinin 149 təsərrufatı, 655 nəfər əhalisi, 410 hektar ərazisi var. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Kənd daimi işıq, qaz, içməli su ilə təmin olunub, kəndin əsas yolunun 3 km-i asfaltlanıb, küçələr gecə işıqlandırılması ilə təmin olnub.

Kənddə 1 tibb məntəqəsi, 1 kitabxana, 1 poçt, 1 ticarət və 1 iaşə obyekti fəaliyyət göstərir.

Kənddə kümçülüyün inkşaf etdirilməsi ümün 3500 ədəd çəkil tingi əkilib. Kəndarası yolun 2 km təmir olunub. Su arxlarının 1800 m lildən təmizlənib.

Bu il kənd əməkçiləri hər hektardan 37 sentner taxıl, 35 sentner arpa, 45 sentner pambıq götürüblər.

İcra nümayəndəsinin məlumatından sonra sakinlərin müraciətləri dinlənildi. Kənd ağsaqqalı Əli Əliyev kənd sakinlərinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, kəndin əsas yolunun 3 km asfaltlanıb, fasiləsiz işıq, qazla təmin olunuruq, küçələr gecə işıqlandırılması ilə təmin olunub, bütün bunlara görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarıq.

Sonra ağsaqqal kəndin qalan 3 km yolunun da asfaltlanmasına ehtiyac olduğunu bildirdi. Natiq Quliyev sağlamlığında olan problemlə bağlı əlillik dərəcəsinin dəyişdirilməsi, Vüsal Süleymanov isə həyətyanı torpaq sahəsinin zəbt olunması ilə bağlı müraciət etdilər.

Edilən müraciətlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov  əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. Təmas xəttində yaşayan insanlara respublika Prezidenti tərəfindən göstərilən diqqət və qayğını dilə gətirdi. Düşmənlə 200 m məsafədə Qapanlı kəndində yaşayan sakinlərin düşmənlə göz-gözə, üz-üzə yaşayıb, işlədiklərini, qorxmadan, çəkinmədən kəndlərini abad bir yaşayış məntəqəsinə çevirdiklərini, Qapanlıda hər evdə yanan işığın düşmənə gözünə ox kimi batdığını söylədi.

Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

Keçidlər