Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə bu ilin ötən dövründə 150 nəfər özünüməşğulluq proqramına cəlb olunub

25 oktyabr 2019 | 16:00

Özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birg’ rayonda özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış ailə təsərrüfatlarına baxış keçiriblər.

S.Babayev yeni təsərrüfatların sahibləri ilə görüşündə Prezident İlham Əliyevin tapşırığına əsasən, özünüməşğulluq proqramının genişləndirildiyini və bu proqramın icrasında həssas qruplardan olanların iştirakına üstünlük verildiyini deyib. Nazir bildirib ki, əsas məqsəd aztəminatlı ailələrin bu və ya digər iqtisadi fəaliyyət növündə kiçik ailə bizneslərini qurmalarına, rifah halını yaxşılaşdırmalarına şərait yaradılmasıdır.

Tərtər rayonunda ötən il 108 nəfər, bu ilin ötən dövründə isə artıq 150 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Onlardan artıq 80 nəfərinə aktivlər verilib. Cari ildə proqrama cəlb edilənlərin 50 nəfərini əlilliyi olan şəxslər, 9 nəfərini şəhid ailələrinin üzvləri, 20 nəfərini köçkünlər, müharibə veteranları, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlər və digərləri təşkil edir. Ümumilikdə, isə proqram iştirakçıları aztəminatlı, habelə əsasən çoxuşaqlı ailələrin üzvləridir.

Keçidlər