Şriftin ölçüsü :

Saytın rəngi :

Bayandur kəndində növbəti səyyar qəbul-görüş oldu

22 oktyabr 2019 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin Bayandur kəndində oldu. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.

Əvvəlcə rayon İcra Hakimiyyəti başçısının Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Kamran Əhmədov kənd haqqında ümumi məlumat verdi. Bildirdi ki, Bayandur kəndinin 194 hektar ərazisi var. Bunun 115,5 hektarı pay, 82 hektarı həyətyanı, 39,5 hektarı isə bələdiyyə torpaqlarıdır. Kənddə 1 ibtidai məktəb,  1 Körpələr evi-uşaq bağçası, 3 iaşə xidməti obyekti fəaliyyət göstərir. Ələsgərli kənd inzibati ərazi dairəsində son 5 ildə 4 subartezian quyusu qazılmışdır ki, bunun da 1-i Bayandur kəndindədir. Əhali fasiləsiz olaraq işıq, qaz və içməli su ilə təmin olunur.

Kənd əhalisi əsasən tingçilik, əkinçilik və maldarlıqla məşğul olur.

Qəbulda 4 nəfər sakinin müraciəti dinlənildi. Kənd ağsaqqallarından Yusif Muradov kənddə elektrik təsərrüfatın yenidən qurulmasına, modul tipli ibtidai məktəbin həyatyani sahəsinin asfaltlanmasına, Telman Məmmədov suvarmada olan çətinliklərin aradan qaldırılması üçün kənddə yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdilər.

Ağbirçək ana Gilas Əsədova Bayandur kəndinin sakinləri adından aparılan islahatlara, xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi.

Qonşu Mamırlı kəndinin sakini, şəhid oğlu Ramin Rzayev həyat yoldaşının ankoloji, anasının şəkərli diabet xəstəsi olduğunu bildirərək, onların dərman pereparatları ilə təmin olunmasına, özünə Mamırlı kəndində həyatyanı torpaq sahəsi verilməsinə köməklik göstərilməsi ilə bağlı müraciət etdi.

Edilən müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov  əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Rayon rəhbəri kənd təsərrüfatı sahəsində tərtərlilərin əldə etdiyi əmək nailiyyətlərini dilə gətirdi.

Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

Keçidlər