Tərtər rayonunda 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram şənliyi təşkil olunmuşdur.
29 dekabr 2013 | 16:00
31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə rayonun mərkəzi meydanında təntənəli tədbir keçirilmişdir. Tədbirdə 8 mindən yuxarı rayon sakini iştirak etmişdir. Tərtər rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Ramiz Şabanov tədbir iştirakçılarını hər iki bayram münasibəti ilə təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir. Bayram tədbirində rayon icra hakimiyyəti və YAP Tərtər rayon təşkilatı tərəfindən rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə Fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.