Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri pambıq yığımı və tikinti-abadlıq işlərinin gedişi ilə tanış oldu

26 sentyabr 2019 | 16:00

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məhsul yığımı ilə bağlı yerlərdə pambıqçılarla görüşüb, kənd təsərrüfatının gəlirli sahəsi olan pambıqçılığın əvvəlki şöhrətinin özünə qaytarılması üçün dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb.

Rayon rəhbəri bildirib ki, Tərtər torpağı pambıqçılıq üçün məhsuldar və əlverişlidir. Vaxtılə tərtərlilər dövlətə 43 min tondan çox “ağ qızıl” təhvil veriblər. Ötən il rayonda 3300 hektar sahədə pambıq əkilib, hər hektardan 24,8 sentner olmaqla, ümumilikdə, 8196,5 ton məhsul istehsal edilib. Pambıqçılığın gəlirli sahə olduğunu görən fermerlərimiz bu il bu sahəni daha da genişləndirərək, 3427 hektar sahədə pambıq əkiblər. Hazırda tarlalarda məhsul boldur, qarşımıza qoyduğumuz hədəfləri keçərək, yüksək göstərici əldə edəcəyimizə inanırıq. Bu gunə qədər 1534,7 ton məhsul toplanıb.

Yığılan məhsul “MKT İK” MMC-nin Tərtər filialına və “Azərpambıq” MMC-nin Tərtər pambıq tədarükü məntəqəsinə təhvil verilir.

Rayon rəhbəri “MKT İK” MMC-nin  Tərtər filialında olub, kollektivlə səmimi söhbət edib. Qeyd edildi ki, tarlalarda bu il məhsul boldur. Qarşıda isə bir məqsəd var: Məhsulu vaxtında və itkisiz toplamaq.

Sonra rayon rəhbəri uzunluğu 33,5 km olan 9 kəndi birləşdirən Səhlabad-Əksipara-Qarağacı-Yuxarı Qaradağlı-Qapanlı- Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Hüsənli yolunun çəkilişində çalışan işçilərlə də görüşüb. Artıq yolun Hüsənli kəndindən keçən hissəsində işlər başa çatıb. Yeni çəkilən yol əhalinin böyük sevincinə səbəb olub. Yeni yol sakinlərin və onların istehsal etdikləri məhsulların mənzilbaşına rahat çatmasını təmin edərək, vaxt itkisini aradan qaldıracaq.

Keçidlər