Şriftin ölçüsü :

Saytın rəngi :

Azad Qaraqoyunlu kəndində növbəti səyyar qəbul-görüş oldu

23 sentyabr 2019 | 16:00

Azad Qaraqoyunlu kəndində növbəti səyyar qəbul-görüş oldu

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Azad Qaraqoyunlu kəndində oldu. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.

Əvvəlcə rayon İcra Hakimiyyəti başçısının Azad Qaraqoyunlu Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nazim Xəlilov kənd haqqında ümumi məlumat verdi. Bildirdi ki, Azad Qaraqoyunlu kəndinin 680 hektar ərazisi var. Bunun 427 hektarı pay, 82 hektarı həyətyanı, 16 hektarı isə bələdiyyə torpaqlarıdır. Kənddə 1 tam orta, 1 ibtidai məktəb, 1 xəstəxana, 1 Körpələr evi-uşaq bağçası, 1 poçt, 1 ATS, 1 kitabxana, 6 ticarət, 3 iaşə, 2 məişət xidməti obyekti fəaliyyət göstərir. Azad Qaraqoyunlu kənd inzibati ərazi dairəsində son 5 ildə 7 subartezian quyusu qazılmışdır ki, bununda 2-si Azad Qaraqoyunlu kəndindədir. Əhali fasiləsiz olaraq işıq, qaz və içməli su ilə təmin olunur.

Kənd əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olur. Bu il kənddə 50 hektar buğda, 52 hektar arpa, 184 hektar pambıq, 7 hektar çuğundur, 71 hektar yonca əkilmişdir. 542 baş mal-qara, 496 baş xırda buynuzlu heyvan, 6645 ədəd quş saxlanılır.

Qəbulda 6 nəfər sakinin müraciəti dinlənildi. Vətəndaşlar həyatyanı və pay torpaqlarının suvarılmasında yaranmış çətinlikləri aradan qaldırılması üçün 1 ədəd yeni subartezian quyusunun qazılmasına ehtiyac olması, içməli su ilə bağlı layihənin həyata keçirilməsinin tezləşməsi, elektrik təsərrüfatının yenidən qurulması ilə bağlı müraciət etdilər. Sakinlərdən Elmira Abbasova oğluna həyatyanı torpaq sahəsi verilməsi ilə, Vüsalə Əhmədova yaşadıqları binaya qaz çəkilməsi ilə bağlı müraciət etdilər. Kənd ağsaqqalı Arif Hüseynov Azad Qaraqoyunlu kənd tam orta məktəbinin tikintisinin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulduğu üçün sakinlər adından Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirdi.

Edilən müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov  əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov  dövlət tərəfindən regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıdan danışdı, sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinlədi, onların həlli istiqamətində aidiyyəti qurumların qarşısında məsələ qaldırılacağını və lazımı köməklik göstəriləcəyini bildirdi.

Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, sosial problemlərinin həllinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.

Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

Keçidlər