Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədov Tərtərdə məcburi köçkünləri qəbul edib
20 sentyabr 2019 | 16:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədov sentyabrın 20-də Tərtər rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib. Qəbul zamanı 70 nəfər məcburi köçkünün müxtəlif sosial problemlərlə bağlı müraciəti dinlənilib və araşdırılmaq üçün qeydə alınıb.