Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Ələsgərli kəndində yeni elektron ATS istifadəyə verildi

22 dekabr 2013 | 16:00

 

      Dekabırın 21-də Rayonunun Ələsgərli kəndində 256 nömrə tutumlu müasir elektron ATS istifadəyə verildi. Bu münasibətlə rayon ictimaiyyətinin və kənd sakinlərinin iştirakı ilə keçirilən mərasimdə çıxış edənlər rayonda gedən sosial-iqtisadi inkişafdan, rabitə xidmətinin yaxşılaşdırılması sahəsində görülən işlərdən danışmışlar. Bildirilmişdir ki, yeni ATS-dən rayonun Ələsgərli, Yenikənd, Sarıcalı, Düyərli və Bayandur kəndlərinin əhalisi yararlanacaqdır. ATS-də həmçinin 24 portluq DSLAM genişzolaqlı internet avadanlığı da quraşdırılmışdır.
      Kənd sakinləri göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər