Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Ələsgərli kəndində səyyar qəbul-görüş keçirdi

26 iyul 2019 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Ələsgərli kəndində keçirildi. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.

Əvvəlcə Ələsgərli kənd İƏD üzrə nümayəndə Kamran Əhmədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Qeyd olundu ki, Ələsgərli kəndinin 260 təsərrufatı, 1160 nəfər əhalisi var. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilikdir. Ötən il onlar hər hektardan 34 sentner buğda,  30 sentner pambıq təhvil veriblər. Kümçülər isə 86 kq barama istehsal ediblər.

Bu il isə 46 hektarda pambıq, 60 hektarda taxıl, 20 hektarda arpa əkiblər. Kənd əməkçiləri bu il hər hektardan 34 sentner taxıl, 34 sentner arpa təhvil veriblər. Kümçüləri barama istehsalını 4,2 dəfə artıraraq 365 kiloqrama çatdırıblar.

Kənd ağsaqqalı Məhəmməd Şirinov Respublika Prezidenti tərəfindən əhaliyə göstərilən diqqət və qayğıdan, onların sosial problemlərinin həllindən, hazırda kəndlərinin  abad bir kəndə çevrildiyindən danışdı. Son üç ildə kənddə 4 subartezian quyusunun qazılaraq istifadəyə verilməsinə görə ölkə başçısı cənab İlham Əliyevə kənd sakinləri adından öz minnətdarlığını bildirdi. 44 ailənin yaşadığı Yenikənd kəndində əhalinin elektrik enerjisi ilə yüksək səviyyədə təmin olunması üçün elektrik transformatoruna ehtiyac olduğunu bildirdi. Sakinlərdən Rafiq Əliyev Yenikənd kəndində yerləşən ictimai yaşayış binalarının təmirə ehtiyacı olduğunu dilə gətirdi. Güllü Şahbazova ünvanlı sosial yardımla, Ələsgərli kənd tam orta məktəbinin direktoru Şahin Əsədov məktəbdə idman zalına və 2 yardımçı sinif otağına ehtiyac olması ilə bağlı müraciət etdilər.

Edilən müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov  əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Rayon rəhbəri bildirdi ki, Ələsgərli kəndi fasiləsiz qaz, su və elektrik enerjisi ilə təmin olunur. Son üç ildə 4 subartezian quyusu istifadəyə verilib. 1800 m kəndarası yol təmir edilərək, kənarlarına ağaclar əkilib. 1500 metr arx lildən təmizlənib, baramaçılığın inkişafı üçün 5500 ədəd tut tingi əkilib.

Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, kənd yolunun asfaltlanmasına, sosial problemlərinin həllinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər