Şriftin ölçüsü :

Saytın rəngi :

Əskipara kəndində növbəti səyyar qəbul-görüşü keçirildi

22 iyul 2019 | 16:00

Əskipara kəndində Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü keçirildi. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.

Əvvəlcə Əskipara kənd İƏD üzrə nümayəndə Pərviz Mustafayev kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirildi ki, Əskipara kəndinin 276 təsərrufatı, 1137 nəfər əhalisi var. Kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Ötən il onlar hər hektardan 39 sentner buğda,  27 sentner pambıq təhvil veriblər. Kümçülər isə 306 kq barama istehsal ediblər.

Bu il isə 161 hektarda pambıq, 150 hektarda taxıl, 100 hektarda arpa,  110 hektarda günəbaxan, 96 hektarda yonca əkiblər və İrəvanlılar bu il hər hektardan 40 sentner taxıl, 37 sentner arpa təhvil veriblər. Kümçüləri barama istehsalını 96 kq artıraraq 412 kiloqrama çatdırıblar.

Kənd ağsaqqalı Tofiq Qasımov Respublika Prezidenti tərəfindən əhaliyə göstərilən diqqət və qayğıdan, onların sosial problemlərinin həllindən, hazırda kəndlərinin  abad bir kəndə çevrildiyindən danışdı. Sakinlər adından ölkə rəhbərinə minnətdarlıq etdi. Kənddə yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdi. Sakinlərdən Elşad Əmirov icarəyə torpaq götürmək, ll qrup Qarabağ müharibəsi əlili Səhət Sadıqov mənzil şəraitinin yaxşılaşdırılması, Elnarə Nuriyeva həyətyanı torpaq sahəsi, Arif Hümbətov isə işıq xətlərində olan nasazlıqla bağlı müraciət etdilər.

Edilən müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov  əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Rayon rəhbəri bildirdi ki, Əskipara kəndi fasiləsiz qaz, elektrik enerjisi ilə təmin olunur. Son üç ildə 2 subartezian quyusu istifadəyə verilib. 2 km kəndarası yol təmir edilərək, kənarlarına ağaclar əkilib. 3500 metr arx lildən təmizlənib, baramaçılığın inkişafı üçün 2000 ədəd tut tingi əkilib. Kəndə içməli su çəkilib, küçələrdə 6 ədəd bulaq quraşdırılıb.

Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, kənd yolunun asfaltlanmasına, sosial problemlərinin həllinə görə ölkə rəhbərinə minnətdarlıqlarnı bildirdilər.

Keçidlər