Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib

22 iyul 2019 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 22 iyul-Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə “Yeni Tərtər” qəzetinin redaksiyasında olub. Rayon rəhbəri qəzetin kollektivini peşə bayramları münasibəti ilə təbrik edərək, onlarla çay süfrəsi arxasında əyləşib.

Qəzetin baş redaktoru Tofiq Yusif milli mətbuatımızın tarixindən söz açıb. Bildirib ki, Azərbaycanın ilk milli mətbu orqanının adı “Əkinçi” olsa da, əsas məqsəd xalqı maarifləndirmək, mütərəqqi ideyaları onlara çatdırmaq idi.

Bu gün rayonumuzun “Yeni Tərtər” qəzeti də öz sələflərinin ənənələrinə sadiq qalaraq, insanların maarifləndirilməsinə çalışır. Jurnalistlərimizin üzərinə məsul vəzifələr düşür: Azərbaycanın müasir inkişafını, yüksəlişini işıqlandırmaq uğrunda informasiya mübarizəsi aparmaq.

Baş redaktor deyib ki, “Yeni Tərtər” bölgə qəzeti olsa da, respublika mətbuatı sırasında onun özünəməxsus yeri var. Belə ki, qəzetin çap variantı ilə yanaşı, onun elektron saytı da fəaliyyət göstərir ki, bunun vasitəsilə qəzet bir sıra xarici ölkələrdə oxunur və izlənir. Ona görə də dostlarımızla yanaşı, düşmənlərimiz də ölkəmizdə, o cümlədən rayonumuzda aparılan böyük quruculuq, abadlıq işləri haqqında qəzetin sahifələrindəki materiallardan məlumat alırlar.

Tofiq Yusif həmçinin rayon rəhbərliyinin qəzetə olan diqqət və qayğısından da danışıb və buna görə icra başçısına öz minnətdarlığını bildirib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir daha mətbuat işçilərini peşə bayramı münasibətilə təbrik edib. Mətbuatın üzərinə düşən mühüm vəzifələrdən danışıb. Bildirib ki, Azərbaycanda söz, fikir, mətbuat azadlığının formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider KİV-nin cəmiyyətdə rolunu yüksək qiymətləndirmiş, bu məsələyə böyük önəm vermişdir. Məhz buna görə də  “Jurnalistlərin dostu” olmuşdur. Bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyev dövlət-mətbuat münasibətlərində Heydər Əliyev siyasətini uğurla davam etdirir. Bunun nəticəsidir ki, ölkə rəhbərinin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkşafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və mətbuat azadlığı üçün şərait yaratmağdır.Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu haqda demişdir: “Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcəkdir ki, hansısa işlərdə qüsurlar buraxılsın. Ona görə də jurnalistlər bəlkə özləri də bilmədən mənim köməkçilərimdir”.

Tədbirdə rayon rəhbəri redaksiyanın əməkdaşlarına pul mükafatı təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər