Cəmilli-Dəmirçilər yolu asfaltlanır
“Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 31.07.2013-cü il tarixli 3036 nömrəli Sərəncamı ilə Cəmilli-Dəmirçilər avtomobil yolunun tikintisinə 3,2 mln manat vəsait ayırmışdır. 5 min əhalisi olan 5 yaşayış məntəqəsini birləşdirən 13 km uzunluğu olan bu yolun artıq 6 km-nə asfalt örtüyü salınmışdır.
Möhtərəm Prezidentimizin Sərəncamı ilə bu Tərtər rayonunun kəndlərinə çəkilən ikinci böyük asfalt örtüklü yoldur. Bundan əvvəl isə 12 yaşayış məntəqəsini birləşdirən uzunluğu 19,5 km olan Bayandur-Poladlı yolu çəkilmişdir. Kənd yollarının müasir tələblərə cavab verən bu cür asfaltlanması həmin ərazidə yaşayan sakinlərin sosial-məişət şəraitinin yaxşılaşmasına əlverişli şərait yaratmışdır.
Rayon əhalisi Azərbaycan Respublikası Prezidentinə cəbhə bölgəsində yerləşən Tərtərə və tərtərlilərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirir, “çox sağ olun” deyir və gələcəkdə belə işlərin davam etdirilməsini arzu edirlər.