Rayonda Ulu Öndərin xatirəsi yad edildi
Respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da bütün varlığı ilə vətəni Azərbaycana, öz xalqına bağlı olan, xalqımızın milli iftixarı, Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, dünya miqyasında tanınmış siyasətçi, müstəqil Azərbaycan dövlətinin və Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əlirza oğlu Əliyevin anım günü keçirilmişdir. Rayon ictimaiyyəti Ulu Öndərin vəfatının onuncu il dönümünü böyük kədər və hüznlə yad etmişlər. Tədbirdə iştirak edən 20 mindən çox tərtərli Ulu Öndərin abidəsini ziyarət etmiş, onun önünə əklillər və tər gül-çiçək dəstələri qoymuşlar. Sonra ümumrayon tədbiri “Asiman”, “Xanbağı” və “Sahil” şadlıq evlərində Ümummilli liderin adına açılmış ehsan süfrələri arxasında davam etmişdir. Ulu öndərin ruhuna dualar oxunmuş, tərtərlilər Ulu Tanrıdan dahi rəhbərə rəhmət diləmişlər.