Tərtərdə İqtisadiyyat nazirinin müavini vətəndaşları qəbul edib
İyunun 21-də İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Tərtər rayonunda Naftalan şəhəri və Tərtər rayonundan olan vətəndaşları qəbul edib.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, içməli və suvarma suyu ilə təminat, kənd yollarının təmiri və tikintisi, güzəştli kreditlərin, müalicə-kurort fəaliyyəti üçün lisenziyanın verilməsi, arıçılıq və süd məhsullarının satışına dəstək göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, onların heyvandarlıq, əkinçilik, balıqçılıq, baramaçılıq və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qəbula gələn digər şəhər və rayonlardan olan vətəndaşların müraciətləri də dinlənilib, operativ həlli üçün lazımi tədbirlər görülüb.
Qəbula gələnlər bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.