Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Azərbaycanda 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək “Lider qadınlarının şəbəkəsi”nin yaradılması” mövzusunda tədbir keçirildi.

18 iyun 2019 | 16:00

İyunun 18-də YAP Tərtər rayon təşkilatının konfrans zalında  Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə Gender Əsaslı Bələdiyyələrin təşviqi” layihəsi çərçivəsində  tədbir keçirildi.

Tədbiri Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açaraq qonaqları salamladı. O Tərtər rayonun fəal bələdiyyə üzv qadınların əla təcrübəsindən və əldə etdikləri nailiyyətlərdən danışdı. Qarşıdan gələn bələdiyyə seçkilərində qadın iştirakçılığının rolu və qərar qəbuletmə proseslərində qadın təmsilçiliyi haqqında danışaraq layihənin Tərtərdə keçirilməsinin vacibliyini vurğuladı.

   Tədbirdə çıxış edən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin əlaqələndiricisi və Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri xanım Lyudmila Xəlilova çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə keçirilən layihənin əsas məqsədi effektiv və gender yönümlü yerli özünüidarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsidir.

Layihə rəhbəri bildirdi ki,  9 regionda həyata keçirilən layihə Dayanıqlı İnkişaf Məqsədlərini və xüsusi ilə gender bərabərliyi təmin edən 5-ci Məqsəd və onun hədəfləri Qadınların siyasi, iqtisadi və ictimai həyatda qərarların qəbul edilməsində tam və effektiv iştirakının, bərabər imkanların təmin olunması sahəsində ictimaiyyətin biliklərinin artırılmasına yönəlib. O bildirdi ki, tədbirin məqsədi 2019-cu il bələdiyyə seçkilərində qadın namizədlərinin sayının və onların bacarıqlarının inkişaf etdirilməsi, qərarların qəbul edilməsi prosesində qadınların iştirakını dəstəkləmək üçün potensial namizədlərin, müşahidəçilərin, seçicilərin, işgüzar qadınların və digər mütəxəssislərin şəbəkəsinin genişləndirməsidir.

Tədbirin sonunda mövzu ətrafinda geniş müzakirə aparıldı, sorğu keçirildi və xatirə şəkli çəkildi.

Keçidlər