Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul-görüş Mamırlı kəndində oldu

14 iyun 2019 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Mamırlı kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.

Əvvəlcə Mamırlı kənd İƏD üzrə nümayəndə Şahid Məmmədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirildi ki, Mamırlı kəndinin 483 təsərrufatı, 2237 nəfər sakini var. Ərazidə 1 tam orta məktəb, 1 klub, 1 tibb məntəqəsi, 1 kitabxana, 1 EATS, 1 körpələr evi-uşaq bağçası, 1 poçt, 5 məişət obyekti fəaliyyət göstərir.

Kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Ötən il   mamırlılar 381,5 ton pambıq, 122 ton taxıl, 5500 ton çuğundur, 304 kq barama istehsal ediblər.

Bu il isə 176 hektarda pambıq, 16 hektarda taxıl, 4,5 hektarda çuğundur əkilib, kümçülər tərəfindən 23 qutu ipəkqurdu saxlanılır.

Sonra Mamırlı kənd tam orta məktəbin direktoru Məzahir Cəfərov məktəb haqqında məlumat verdi, məktəbin təmirə ehtiyacı olduğunu, yeni qoyulan bulağın suyunun yola axdığını bildirdi. Poladlı kənd sakini Əliyev Vəliyyədin isə kənd qəbristanlığı üçün ərazi ayrılmasını xahiş etdi. Hüsənli kəndinin sakini, şəhid bacısı Solmaz Həsənova şəhidlər üçün verilən müavinətlə bağlı müraciət etdi.

Edilən müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov  əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Rayon rəhbəri qeyd etdi ki, Mamırlı kəndi fasiləsiz qaz, elektrik enerjisi ilə təmin olunur, küçələrə 36 ədəd bulaq çəkilib. Kəndin əsas yoluna asfalt salınıb, 1,5 km kəndarası yola çınqıl döşənib, yol kənarlarına müxtəlif növ ağac əkilib.

Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, kənd yolunun asfaltlanmasına, kəndin içməli suya olan tələbatının ödənilməsinə görə ölkə rəhbərinə minnətdarlıqlarnı bildirdilər.

 

Keçidlər