Şriftin ölçüsü :

Saytın rəngi :

Gülabatlı kəndində növbəti səyyar qəbul-görüş keçirilib

07 iyun 2019 | 16:00

Qəbulda, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.

Əvvəlcə Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Qeyd olundu ki, Gülabatlı kəndinin 245 hektar ərazisi, 404 nəfər sakini var. Ərazidə 1 tam orta məktəb, 1 klub, 1 tibb məntəqəsi, 1 kitabxana, 1 EATS, 1 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir.

Kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Cari ildə kənddə 80 hektar buğda, 12 hektar arpa, 45 hektar pambıq, 9 hektar şəkər çuğunduru, 65 hektar yonca, 4 hektar kartof, 8 hektar tərəvəz əkilmişdir. Kümçülər tərəfindən 2 qutu ipəkqurdu saxlanılır.

Ötən il kəndə 92,5 ton pambıq, 35 ton taxıl, 1500 ton çuğundur istehsal edilib.

Sonra vətəndaşların müraciətləri dinləndi. Gülabatlı kənd tam orta məktəbin direktoru Asif Alikişiyev məktəbdə telefon xəttinə, yardımçı sinif otaqlarına, Nüşabə Misirova məktəbə gələn yolun asfaltlanmasına, Əzim Qaraşov kəndarası su arxlarının lildən təmizlənməsinə ehtiyac olduğunu bildirdilər.

Qaldırılan məsələlər nəzarətə götürüldü, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov  əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Rayon rəhbəri qeyd etdi ki, Güləbatlı kəndi fasiləsiz qaz, elektrik enerjisi ilə təmin olunur, küçələrə içməlu su üçün 7 ədəd bulaq çəkilib. Kəndə gələn yola asfalt salınıb, 3 km kəndarası yola çınqıl döşənib, yol kənarlarına 5000 ədəd ağac əkilib, qəbristanlıqa gedən 1 km yol təmir olnub. Son beş ildə kənddə 3 subartezian quyusu qazılıb.

Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, kənd yolunun asfaltlanmasına,kəndin içməli suya olan tələbatının ödənilməsinə görə ölkə rəhbərinə minnətdarlıqlarnı bildirdilər.

Qəbuldan sonra rayon rəhbəri kənddə ipəkqurdu saxlayan kümçülərlə görüşüb, lazimi tövsiyələrini verib.

 

Keçidlər