Tərtər rayonunda Dövlət Bayrağı Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi
Noyabrın 8-də Tərtər rayonunda Dövlət Bayrağı Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi. Tədbir iştirakçıları öncə məktəblilərin əl işlərindən ibarət sərgiyə baxdılar.
Sonra Tərtər rayon İcra Hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərov təbrik nitqi söylədi. O öz nitqində Azərbaycan Dövlət Bayrağının tarixi haqqında ətraflı məlumat vermiş, hazırda respublika prezidenti möhtərəm İlham Əliyev cənablarının Azərbaycanın dövlət rəmizlərinə göstərdiyi diqqət və qayğını qeyd etmiş, Respublika prezidentinin 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu ilin noyabrında isə Dövlət Bayrağı günü kimi təsis edilməsi barədə sərəncamlarından danışmış, Bakıda Dövlət Bayrağı meydanında 162 metr hündürlüyündə dalğalanan Azərbaycan Bayrağı ilə qürur duyduğunu bildirmişdir. Sonra rayon rəhbəri rayonumuzda tikilən Bayraq meydanının tərtərlilərin and yeri, ziyarətgahı olduğunu vurğulamışdır.
Rəsmi hissənin ardınca Dövlət Bayrağı günü ilə əlaqədar olaraq rayon Mədəniyyət evinin hazırladığı “Bayrağımız-milli qürurumuzdur” adlı ədəbi-bədii kompozisiya və geniş konsert proqramı olmuşdur.