Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Təzəkənd kəndində oldu.
Qəbulda, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.
Sonra vətəndaşların müraciətləri dinləndi. Kənd sakinlərindən Rəşid Məmmədov əhalinin içməli su təminatinin yaxşılaşdırlmasına göstərilən diqqət və qayğıdan, bununla bağlı həyata keçirilən layihə çərçivəsində küçələrə bulaqların çəkilməsindən, abad kənd yolundan, yeni çəkilən Sarov-Borsunlu kənd yolunun çəkilişinin təzəkəndlilərin də sevincinə səbəb olmasından danışdı. Qeyd etdi ki, qonşu kəndə əvvəllər 40 dəqiqəyə gedirdiksə, indi 15 dəqiqəyə çatırıq. Ağsaqqal görülən işlərə, kənd əhalisinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlığını bildirdi.
Təzəkənd kənd ümumi orta məktəbin direktoru Azər İsayev məktəbə içməli su xəttinin çəkilməsi ilə bağlı, şəhid Vasif Abdullayevin qardaşı Məhəmməd Abdullayev isə onun adını daşıyan Təzəkənd məktəbinin həyətində büstünün qoyulması ilə bağlı müraciət etdi.
Qaldırılan məsələlər nəzarətə götürüldü, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.
Rayon rəhbəri qeyd etdi ki, Təzəkənd kəndi fasiləsiz qaz, elektrik enerjisi ilə təmin olunur, küçələrə içməlu su üçün 21 ədəd bulaq çəkilib. Son illər kənddə 2 ədəd subartezian quyusu qazılıb, 3 ədəd transformator əsaslı təmir olnub. 5000 metr su arxı lildən təmizlənib, 4500 metr kəndarası yol təmir edilib.
Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər