Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub

18 may 2019 | 16:00

Qarabağ həqiqətlərindən bəhs edən filimdə ermənilərin Azərbaycana qarşı törətdiyi təcavüzün başlandığı 1988-ci ildən Xocalı faciəsinədək olan dövrü əhatə edən hadisələr öz əksini tapıb.

Xronometrajı 100 dəqiqə olan film real hadisələrı əsasən çəkilib. "Son nəfəsədək”də Qarabağ müharibəsi dövründə qəhrəmanlarımızın göstərdiyi rəşadət canlandırılıb.

Filmin nümayişində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, keçmiş döyüşçülər, hərbçilər, filmin yaradıcı heyyəti  və ictimaiyyət nümayəndələri iştirak edib.

Filmin nümayişindən öncə Dövlət Himnimiz səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qarabağ münaqişəsi ilə bağlı reallıqların əbədiləşdirilməsi, bugünki və gələcək nəsillərə çatdırılması, düşmənin və onların himayadarlarının iç üzünün açılması üçün filimlərə də böyük ehtiyac duyulduğunu vurğulayıb, qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz tərəfindən aparılan işlərdən danışıb. Filmin yaradıcı heyyətinə və ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Tədbirdə digər çıxış edənlər vətənpərvərlik mövzusunda çəkilən filmin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyəsində müsbət rol oynayacağını bildiriblər.

Sonda rayon icra hakimiyyətinin başçısı tərəfindən filmin yaradıcı heyyətinə xatirə hədiyyəsi təqdim olunub.

Xatırladaq ki, filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissor Elnur Əliyev, quruluşçu operator Cavid Orucov, bəstəkarı Yaşar Baxış, quruluşçu rəssam Mehriban Əfəndi, icraçı prodüseri Rövşən Quliyev, redaktoru Kamran Qasımovdur. Ekran işində İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov, Rövşən Kərimduxt, Taleh Yüzbəyov və başqaları çəkiliblər. Çəkilişlər isə Füzuli rayonunda və Bakı şəhərində aparılıb.

 

Keçidlər