Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirə keçirildi

16 may 2019 | 16:00

Müşavirədə İcra başçısı aparatının məsul işçiləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, kənd təsərrüfatı mütəxəssisləri, fermerlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müşavirəni açaraq cənab Prezident İlham Əliyevin müdrik düşüncəsi ilə ölkə iqtisadiyyatının post-neft dövrünə uyğunlaşdırılması məqsədilə qeyri-neft sektorunun durmadan inkişaf etdirilməsinin artıq dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdiyini diqqətə çatdırıb. Bununla bağlı ölkədə kompleks tədbirlərin görüldüyünü, Dövlət Proqramlarının, müvafiq fərman və sərəncamların imzalandığını, çoxlu sayda əmək tutumlu və sosial yönümlü layihələrin icra olunduğunu bildirib. Qeyd edib ki, bunların arasında kənd təsərrüfatına daxil daxil olan sahələrin inkişafına da geniş yer verilir.

Müşavirədə bildirildi ki, 2017-ci ildə 3123 hektar sahədən 8419,9 ton məhsul tədarük edərək orta məhsuldarlığa görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan Tərtər pambıqçıları ötən il də yüksək nəticəyə nail olublar. 3300 hektar sahədən 8196,5 ton məhsul tədarük edilib. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 24,8 sentner olub. Hazırda rayonumuzda 3427 hektar sahədə pambıq səpini aparılıb. Bu günə kimi 3350 hektaradək sahədə yaxşı bitiş alınıb. Hazırda kultivasiya işləri görülür.

Qeyd olunub ki, rayon ərazisində bu günə kimi 8300 hektar sahədə yazlıq əkin işləri aparılıb.

Buğda və şəkər çuğunduru istehsalına görə ötən illər respublikada ön sıralarda gedən tərtərli əkinçilər bu il də yüksək məhsul əldə etməyi qarşılarına məqsəd qoyublar. Belə ki, 2018-ci ildə 7545,6 hektar sahədə buğda əkilib 30984,4 ton, 859 hektar sahədə şəkər çuğunduru əkilib, 29928 ton məhsul əldə edilib. Buğdanın orta məhsuldarlığı 41,1 sentner, şəkər çuğundurunun orta məhsuldarlığı 378,1 sentner olub. Bu il isə 7087,9 hektar sahədə buğda, 682,5 hektar sahədə şəkər çuğunduru əkilib. Əkin və becərmə işlərinin aqrotexniki qaydalara düzgün əməl olunaraq aparıldığı üçün bu il də sahələddən bol məhsul əldə ediləcəyi gözlənilir.

Baramaçılıq  sahəsinin inkişaf etdirilməsi və yem bazasının artırılması istiqamətində də müvafiq işlər görülüb. Son üç ildə rayon ərazisində 223357 ədəd çəkil tingi əkilib. Ötən il rayon üzrə 10,2 ton barama istehsal olunub. Bu il isə kümçülərə 500 qutu ipək qurdu verilib, 20 tondan artıq barama istehsalı nəzərdə tutulub.

Tədbirdə əkin sahələrinin mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminatı, suvarma məsələləri, texnika ilə təminat ətrafında fikir mübadiləsi aparılıb, taxıl biçini zamanı təhlükəsizlik tədbirləri, xüsusi ilə də yanğın hadisələrinin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi, texnikanın hazırlıq vəziyyəti müzakirə olunub, kombaynların indidən işlək vəziyyətə gətirilməsi və kəndlər üzrə bölgüsünün  aparılması aidiyyəti şəxslərə tapşırılb.

   Görüş zamanı kənd təsərrüfatı  sahəsindəki problemlər onların həlli yolları müzakirə edilib, bu sahədə çalışanlara hər cür köməklik göstəriləcəyi bildirilib.

Keçidlər