Yuxarı Qapanlı kəndində səyyar qəbul-görüş keçirildi
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Yuxarı Qapanlı kəndində oldu.
Qəbulda Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.
Sonra vətəndaşların müraciətləri dinləndi. Kənd sakinlərindən Rəfail Abbasov, Asif Mustafayev, Ülviyyə Kazımova, Anar Rəhimov, Nazim Həsənov içməli su təminatı, mübahisəli torpaq məsələsi, işlə təminat və digər şəxsi məsələlər barədə müraciət etdilər.
Qaldırılan məsələlər nəzarətə götürüldü, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinlədi, onların həlli istiqamətində görülən işləri ön plana çəkdi, respublika rəhbəri tərəfindən əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində verilən Sərəncamlardan, görülən işlərdən danışdı.
Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər