Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümummili lider Heydər Əliyev-şərəfli ömrün səlnaməsi” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

06 may 2019 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə hazırlanmış tədbirlər planına uyğun olaraq YAP rayon təşkilatı, Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsi birlikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ümummili lider Heydər Əliyev-şərəfli ömrün səlnaməsi” mövzusunda inşa yazı müsabiqəsi keçirib.

Rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin qatıldığı müsabiqənin birinci mərhələsi məktəblərdə, yekun turu isə Tərtər Rayon Uşaq-Gənclər Şahmat Məktəbində keçirilib. Yekun turunda ümumtəhsil məktəblərindən 44 nəfər şagird iştirak edib.

Tədbiri  rayon icra hakimiyyəti  başçısının İctimai-siyasi və humanitar məsələllər şöbəsinin müdir müavini Elvin Umudov açaraq məktəbliləri salamlayıb və  müasir dövlətçiliyimizin qurucusu, ümummilli lider Heydər Əliyevin  doğma Vətən və xalq qarşısındakı müstəsna tarixi xidmətlərindən danışıb. Vurğulayıb ki, dahi rəhbər Heydər Əliyevin şərəfli ömür yolu doğma Vətənə və xalqa xidmətin parlaq nümunəsidir. Misilsiz idarəetmə istedadına malik olan Ümummilli Liderimiz Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə quruculuğun, sosial-iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, dövlətçiliyin təminatçısı olmuş, ən ağır məqamlarda Azərbaycanın mənafeyi naminə xilaskarlıq missiyasını yerinə yetirmişdir.

Ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışan natiq müdrik rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini, ölkəmizin sürətlə inkişaf etdiyini söyləyib. Onlara Ulu Öndərin həyat və fəaliyyəti  haqqında geniş məlumat verib.

Sonura inşa yazı müsabiqəsinin  keçirilməsinə start verilib.

Keçidlər