Daha üç küçəyə mavi yanacaq verildi
17 oktyabr 2013-cü il tarixdə rayonun E.Səfərov, Babək, Xətai küçələrində çəkilmiş təbii qaz verilməsinin açılışı olmuşdur. Tədbirdə rayon ictimaiyyəti, bələdiyyələr və İƏD üzrə nümayəndələr, hüquq-mühafizə orqanlarının, KİV-nin nümayəndələri iştirak etmişlər.
Yığıncağı giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Abbas Cavadov açmış, dövlət tərəfindən insanların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışmışdır.
Tədbirdə Həsənqaya kənd İƏD-i üzrə nümayəndə İlqar Qasımov, şəhid ailəsi Cəmilə Bağırova, Xətai küçəsinin sakini Yeganə Əliyeva, “Azəriqaz” İB-nin mətbuat şöbəsinin rəisi Araz Ağayev və rayon icra hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərov çıxış edərək küçələrə təbi qazın verilişi ilə əlaqədar sakinləri təbrik etdilər, təbii qazdan xeyir işlərdə istifadə etmələrini arzuladılar.
Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərov E.Səfərov, Babək, Xətai küçələrində çəkilmiş təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli alovlandırdı.