Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən intellektual yarış keçirildi

04 may 2019 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə hazırlanmış tədbirlər planına uyğun olaraq şəhər 6 saylı tam orta məktəbdə rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin və rayon ərazisində yerləşən N saylı hərbi hissələrin əsgərlərinin iştirakı ilə  Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən  intellektual yarış keçirildi. 3 mərhələdə keçirilən intellektual yarışda, ümumilikdə 8 komanda iştirak etdi.

Yarışda rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov əvvəlcə iştirakçıları salamladı, onlara Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verdi, yarış iştirakçılarına uğurlar arzuladı.

Yarışın nəticəsinə əsasən l yeri rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin “Azimut” komandası, ll yeri “N” saylı hərbi hissənin “Mübarizlər” komandası, lll yeri isə Şəhər 5 saylı tam orta məktəbin “Qaliblər” komandası tutdular. Rayon Gənclər və İdman İdarəsi tərəfindən l yerin qalibi kubok və diplomla, ll və lll yerin qalibi olan komandalar isə diplomlarla mükafatlandırıldılar.

 

Keçidlər