Şriftin ölçüsü :

Saytın rəngi :

Sarov kəndində səyyar qəbul-görüş keçirildi

12 aprel 2019 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Sarov kəndində oldu.

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.

Əvvəlcə Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.

Sonra vətəndaşların müraciətləri dinlənildi. Sakinlərdən Hafizə Kərimova, İsrail Mahmudov, Şahmar Nəsirov, Esmira Şirinova, Zabil Allahverdiyev və başqaları içməli su, kənd yollarının təmiri, subartezian quyusunun bərpası, işlə təminat və digər məsələlər barədə müraciət  etdilər.

Qaldırılan məsələlər nəzarətə götürüldü, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Kənd sakinləri adından şəhid atası Mənsim Allahverdiyev və Sahib Çuquyev əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər