Şriftin ölçüsü :

Saytın rəngi :

10 milyonuncu azərbaycanlının doğulmasını tərtərlilər bayram kimi qeyd ediblər

07 aprel 2019 | 16:00

Aprelin 6-da respublikamızın həyatında çöx mühüm və əlamətdar hadisə baş verib, 10 milyonuncu azərbaycanlı doğulubdur. Bu münasibətlə Tərtər rayonunda aprel ayının 7-də əvvəlcə ağacəkmə aksiyası keçirilib, axşam saatlarında isə konsert olub.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov başda respublika Prezidenti cənab İlham Əliyev olmaqla bütün azərbaycan xalqını, yeni doğulmuş 10 milyonuncu azərbaycanlının valideynlərini təbrik edib, onlara sağlamlıq, firavan həyat arzulayıb.

Rayon rəhbəri bildirib ki, aprelin 6-da Bakı şəhərində Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində dünyaya gələn 10 milyonuncu azərbaycanlının valideynləri bizim Ağdərənin sakinləri, hazırda Ağdam rayonunda Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkünlərdir. Doğulan körpə qız uşağıdır.

Qeyd olunub ki, dünyanın bir çox ölkələrində əhalinin sayında azalma müşahidə olunur, Azərbaycanda isə əhalinin sayı dinamik templə artır.

Son vaxtlar, xüsusən bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial sahədə inqilabi dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatları əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verir. Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanılmasına əminlik yaradır.

Sonra 10 milyonuncu azərbaycanlının dünyaya gəlməsi münasibətilə respublikanın xalq artisti Şahnaz Haşımovanın və oğlu, əməkdar artist Tural Abdullayevin, Tərtər rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin iştirakı ilə konsert olub.

Konsert proqramı atəşfəşanlıqla başa çatıb. Tərtərlilər bütün azərbaycan xalqı kimi 10 milyonuncu azərbaycanlının dünyaya gəlişini toy-bayram kimi qarşılayıblar.

 

Keçidlər