“Əmək Yarmarkası” - 2013
Tərtər rayon Məşğulluq Mərkəzində 27.09.2013-cü il tarixində rayonda İşaxtaran və işsiz vətəndaşların məşğulluğunu təmin etmək məqsədi ilə növbəti “Əmək Yarmarkası” keçirilmişdir. ”Əmək Yarmarkası”na rayonda fəaliyyət göstərən 30 idarə, müəssisə və təşkilatdan 119 vakant iş yeri təqdim olunmuşdur ki, bunlardanda 69-u fəhlə, 50-i qulluqçu iş yerləridir.
81 nəfər işaxtaran vətəndaşa işə ğöndəriş vərəqəsi verilmişdir. Bunlardan da 64 nəfəri rayonda yerləşən idarə, müəssisə və təşkilatlarda peşə və ixtisaslarına uygun daimi işlə təmin olunmuşlar.İşlə təmin olunan 64 nəfərin 3 nəfərini kvota üzrə təyin olunmuş iş yerləri təşkil edir.
“ Əmək Yarmarkası”nda rayon icra hakimiyyəti başçısının müavini Abbas Cavadov, Dövlət Məşğulluq Xidmətinin sektor müdiri Fuad Mehdizadə iştirak etmişdir.