Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə pambıqçılığa həsr olunmuş seminar-müşavirə keçirilib

28 mart 2019 | 16:00

Azərbaycan Dövlət Aqrar Universiteti Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzi ilə birlikdə fermerlərin və tədarük məntəqələrinin nümayəndələrinin iştirakı ilə “Pambıqçılıqda innovativ texnologiyaların tətbiqi ilə məhsuldarlığın yüksəldilməsi” mövzusunda maarifləndirici seminar-müşavirə keçirib.

Tədbiri giriş sözü ilə Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev açaraq iştirakçıları salamlayıb və tədbirin əhəmiyyətindən danışıb.

Sonra Azərbaycan Dövlət Aqrar Universitetinin alimlərinin məruzələri dinlənilib. Professor Ziyad Abbasovun “Pambıqçılıqda innovativ texnologiyaların tətbiqi”,  dosent  Siyavuş Vəliyevin “Kənd təsərrüfatı maşınlarının istifadəsində təhlükəsizlik qaydaları”, professor Şahlar Babayevin “Pambıqçılıqda dəqiq səpinin texniki problemləri və iqtisadi səmərəliliyi”, professor Mirnaib Mirsalahovun “Pambıq səpinində suvarmanın elmi əsaslarla təşkili” mövzusundakı məruzələri fermerlər tərəfindən maraqla qarşılanıb.

Sonda alimlər tərəfindən fermerlərin sualları ətraflı cavablandırılıb.
 

Keçidlər