Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik yubleyi qeyd olundu

28 mart 2019 | 16:00

Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illik yubleyi münasibətilə Tərtər rayonunda tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Tərtər Rayon Şöbəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucalan abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.

Sonra tədbir YAP rayon təşkilatının akt zalında davam etdirilib.

Əvvəlcə Ulu öndərin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın, xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olan təhlükəsizlik orqanları əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə DTX-nin Tərtər Rayon Şöbəsinin şəxsi heyətini təbrik edib, ölkəmizin milli maraqlarının, mənafelərinin etibarlı təmin olunması və qorunması istiqamətindəki dəyərli fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır.

Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğı ilə yanaşıb. Təhlükəsizlik orqanlarının maddi-texniki təchizatı, sovet dövründə formalaşmış peşəkar əməkdaşların qorunması ilə yanaşı, gənc kadrların yetişdirilməsi məsələsi də daim diqqət mərkəzində saxlanılıb. Məhz bu zərurəti nəzərə alan ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə milli təhlükəsizlik orqanları üçün peşəkar kadrlar yetişdirən akademiya təsis edilib.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib. Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkəmizin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm və taleyüklü addımlar atır.

DTX-nin Tərtər Rayon Şöbəsinin rəisi Ülvi Kazımov  Azərbaycanın təhlükəsizlik orqanlarının keçdiyi uzun və şərəfli yol barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə Tərtər hərbi prokuroru Hümmət Məmmədov, başçının birinci müavini, YAP rayon təşkilatının sədri Ramiz Şabanov, DTX-nin Tərtər Rayon Şöbəsinin Mühüm işlər üzrə baş əməliyyat müvəkkili Kənan Xuduyev, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, məşğulluq mərkəzinin direktoru Azər Ağayev, subartezian quyularının istirmarı idarəsinin rəisi Əli Əliyev çıxış edərək öz ürək sözlərini çatdırıblar.

Sonra təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubleyi münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup əməkdaşa rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər