Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Düyərli kəndinə çəkilmiş təbii qazın açılışı olmuşdur

18 sentyabr 2013 | 15:00

Rayonun Düyərli kəndinə çəkilmiş təbii qazın açılışı olmuşdur. Tədbirdə rayon ictimaiyyəti, bələdiyyələr və İƏD üzrə nümayəndələr, hüquq-mühafizə orqanlarının, KİV-nin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Abbas Cavadov açmış, dövlət tərəfindən insanların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışılmışdır. Sonra Düyərli kənd İƏD-i üzrə nümayəndə Ramiz Zeynalov, Düyərli kənd ümumi orta məktəbin direktoru Famil Zeynalov, kənd ağsaqqalı Köçəri Əliyev, kənd məktəbinin müəllimi Mükafat Süleymanova çıxış edərək, dövlətin insanlara qayğısından razı olduqlarını bildirmiş, respublika prezidentinə öz minnətdarlıqlarını çatdırmışlar.

Rayon icra hakimiyyətinin başçısı kənd sakinlərini mavi yanacağın çəkilməsi münasibəti ilə təbrik edərək, açılış əlaməti olaraq məşəli yandırmışdır.

Keçidlər