Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz gəlir, yaz gəlir: Seydimli kəndində balaca fidanlar Novruz şənliyinə toplandılar

15 mart 2019 | 16:00

Martın 15-də Seydimli kənd körpələr evi-uşaq bağçasında Azərbaycan xalqının milli adət ənənələrini özündə əks etdirən Novruz şənliyi keçirilib. Bayram süfrələrinə şəkərbura, paxlava, rəngbərəng yumurtalar düzülüb.

Tədbiri giriş sözü ilə körpələr evi-uşaq bağçasının müdiri Hicran Hüseynova açaraq hər kəsi bayram münasibətilə təbrik edib, onlara əmin-amanlıq, ruzi-bərəkət və firəvan həyat arzulayıb.

Balacaların Novruz şənliyində iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov körpə fidanları, onların valideynlərini və bağçanın kollektivini bayram münasibəti ilə təbrik edib. Gələcəyimiz olan uşaqlara can sağlığı, əmin-amanlıq, süfrələrinə bol ruzi-bərəkət , hər bir ailəyə sevinc və səadət dolu günlər və vətənə layiqli övlad olmalarını arzulayıb. Vurğulayıb ki, inşallah gələn bayramlarımızı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edəcəyik.

Bayram şənliyində uşaqlar maraqlı proqramla çıxış ediblər. Uşaqların ifasında Novruza, yazın gəlişinə həsr olunan şeirlər, mahnılar və rəqs nömrələri tədbir iştirakçılarına xoş ovqat və bayram əhval-ruhiyyəsi bəxş edib. Kosa və keçəl, kloun şənliyə dəvət olunmuş uşaqları maraqlı çıxışları ilə şənləndiriblər. Balacalar tədbirin sonunda Novruz tonqalının ətrafında toplanaraq yallı gediblər.

 

Keçidlər