Növbəti səyyar qəbul-görüş Evoğlu kəndində oldu
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Evoğlu kəndində oldu.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Evoğlu kənd İƏD üzrə nümayəndə Elçin Mahmudov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Şahin Huseynov, Səriqə Rzayeva, Məhbulə Bağırova, Teyyub Əliyev və başqaları köhnəlmiş elektrik dirəklərinin dəyişdirilməsi, kəndin əsas yolunun asfaltlanması, kəndə əlavə telefon nömrələrinin verilməsi, həyətyanı sahə üçün torpağın ayrılması və digər məsələlər barədə müraciət etdilər.
Qaldırılan məsələlər nəzarətə götürüldü, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
Səyyar qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları və sakinlər ilə çay süfrəsi arxasında söhbət edərək onların probləmləri ilə maraqlandı.