Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Tərtərdə

12 mart 2019 | 16:00

Martın 12-də “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Tərtər rayon İcra Hakimiyyəti ilə birlikdə Novruz bayramı münasibətilə cəbhə xəttində yerləşən N saylı hərbi hissədə xidmət edən zabit və əsgərləri ziyarət edib.

Əvvəlcə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları hərbçilərə təqdim edərək əsgər və zabitlərə qarşıdan gələn Novruz bayramı münasibəti ilə arzularını bildirib. Qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək tarixi yurd-yuvalarımızda şanlı zəfərimini qeyd edəcək.

Əsgərlər qarşısında çıxış edən birliyin sədri Sevinc Əzimbəyli  qəhrəman hərbçiləri təbrik edərək bildirib ki, Vətənin keşiyində duran bütün cəsur zabit və əsgərlərimizin hünərindən qürur duyuruq: “Düşmənləri hər an qorxuda saxlayan sizlər bizim üçün fəxarət yerisiniz”.

Görüşdə Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli də öz ürək sözlərini bildirib. Qeyd edib ki, hər bir ölkə vətəndaşı Qarabağ probleminin həllində dövlətin yanında olmağa borcludur: Bu gün biz hərbi hissələrə, əsgər və zabitlərimizin görüşünə böyük ruh yüksəkliyi ilə gəlirik. Çünki hər bir azərbaycanlının ürəyində tezliklə işğal olunan torpaqlarımıza qayıdacağımıza əminlik hissi var. Bir daha ümidvaram ki, Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağ torpaqları məhz qüdrətli Azərbaycan Ordusunun sayəsində işğaldan azad ediləcək.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Keçidlər